Bank Of Baku

Hollandiyanın ticarət missiyası Azərbaycana gələcək

Hollandiyanın ticarət missiyası Azərbaycana gələcək
# 17 mart 2011 07:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mayın 23-26-da Niderland Ticarətin Təşviqi üzrə Şurası və Haaqa Ticarət Palatasının «Friesian» təşkilatının təşkilatçılığı ilə Azərbaycanın kənd təsərrüfatı sektorunun imkanları ilə tanış olmaq və XVII Azərbaycan Qida Sənayesi Sərgisində iştirak etmək məqsədilə bir qrup Hollandiya şirkətlərinin nümayəndələrindən ibarət ticarət missiyası Bakıya səfər edəcək.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, ticarət missiyasının Bakıya səfərinin təşkili, həmçinin Niderland şirkətlərinin Azərbaycanın kənd təsərrüfatı sektoru barədə ilkin məlumatlandırılması üçün Niderland Ticarətin Təşviqi üzrə Şurasının təşkilatçılığı ilə martın 17-də Haaqada «Azərbaycanın kənd təsərrüfatı sektorunda imkanlar» mövzusunda seminar keçiriləcək. Tədbirdə Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) vitse-prezidenti Rüfət Məmmədov Azərbaycanın kənd təsərrüfatı sahəsində imkanları barədə təqdimatlarla çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR