Bank Of Baku

Bakıda Hindistan-Azərbaycan interaktiv biznes sessiyası keçiriləcək

Bakıda Hindistan-Azərbaycan interaktiv biznes sessiyası keçiriləcək
# 17 mart 2011 07:50 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Martın 30-da Bakıda Hindistan və Azərbaycan iş adamlarının görüşü keçiriləcək.

Hindistanın Azərbaycandakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirin təşkilatçısı səfirlik və Hindistanın Ticarət və Sənaye Palataları Federasiyalarıdır.

Hindistan-Azərbaycan interaktiv biznes sessiyasında iştirak etmək üçün Hindistandan 27-dək iş adamının gələcəyi gözlənilir. Hindistan nümayəndə heyətinə əsasən əczaçılıq, səhiyyə və bitki məhsulları, kənd təsərrüfatı və emal olunmuş ərzaq məhsulları, toxuculuq, geyim və iplik məmulatı, qiymətli daşlar və zərgərlik məmulatları, kimyəvi məhsullar sahələrində çalışan iş adamları daxildir. Bundan başqa, hindistanlı iş adamları mineral və metallar, neft emalı məhsulları, texnologiya üzrə məsləhət, texnologiya xidmət provayderləri, inşaat materialları və infrastruktur sahələrini də təmsil edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR