Bank Of Baku

Mərkəzi Asiya və Cənubi Qafqaz Assosiasiyasının ticarət missiyası Bakıya səfər edəcək

Mərkəzi Asiya və Cənubi Qafqaz Assosiasiyasının ticarət missiyası Bakıya səfər edəcək
# 17 mart 2011 14:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mərkəzi Asiya və Cənubi Qafqaz Assosiasiyasının Asiya bölməsinin ticarət missiyası 2011-ci ilin mayın 31-də Bakıya səfər edəcək. «APA-Economics»in məlumatına görə, iyunun 4-dək davam edəcək səfər Beynəlxalq Vergi və İnvestisiya Mərkəzi tərəfindən təşkil edilən Avrasiya büdcə ekspertlərinin seminarının keçirilməsi ilə bir vaxta düşəcək.

Səfər Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə həyata keçiriləcək və səfər zamanı ölkənin biznes sahələrinin nümayəndələri ilə görüşlər təşkil olunacaq. Mərkəzi Asiya və Cənubi Qafqaz Assosiasiyasının rəsmiləri hesab edirlər ki, Azərbaycan kimi vacib və sürətlə inkişaf edən ölkənin bazarı ilə yaxından tanış olmaq üçün bu fortmatlı səfərin təşkili çox səmərəli hesab olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR