Bank Of Baku

ABŞ-da bunker satışı kəskin artıb

ABŞ-da bunker satışı kəskin artıb
# 28 mart 2011 14:32 (UTC +04:00)
Bakı - APA-Economics. Son vaxtlar dünyada baş verən texnogen və təbii fəlakətlər fonunda ABŞ-da bunker satışında kəskin artım qeydə alınıb.

APA-Economics”in “CNN Money” portalına istinadən xəbərinə görə, istehsalçılar tələbin artmasına dərhal reaksiya verərək yeraltı sığınacaqların müxtəlif variantlarını təklif etməyə başlayıblar.

Bunker tikintisi ilə məşğul olan şirkətlərin məlumatlarına görə, onların məsullarına tələbat 20%-dən 1000%-ə qalxıb. Son bir həftə ərzində təkcə Kaliforniyada 4 bunker satılıb. Halbuki əvvəllər bu göstərici bir ayda 1 bunker olub. Bu obyektlərin dəyəri bir neçə min dollardan on milyonlarla dollara qədərdir. Bunkerlər həm fərdi, həm də kollektiv yaşayış üçün nəzərdə tutula bilər.

Hazırda ən böyük bunkerlərdən biri Nebraska ştatında tikilir. 12,7 min kv. metr sahəsi olan bu obyektdə 950 nəfər bir il ərzində yaşaya bilər. Bunker 50 meqaton gücündə olan partlayışa davam gətirə bilər. Burada mənzil sahibi olmaq 25 min dollara başa gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR