Bank Of Baku

Gəncədə çörək sexlərində növbəti reydlər keçirilib

Gəncədə çörək sexlərində növbəti reydlər keçirilib
# 30 mart 2011 11:50 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncədə yerləşən 2 saylı Ərazi Nəzarət İdarəsi Gəncədə fəaliyyət göstərən çörək sexlərində növbəti reydlər keçirib.
2 saylı Ərazi Nəzarət İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, reydlər zamanı xəmirin yoğurulması, çörəyin bişirilməsi, saxlanılması və daşınması prosesləri yoxlanılıb. Bəzi istehsal müəssisələrində xəmirin yoğurulmasında, çörəyin bişirilməsində və saxlanmasında ciddi nöqsanlar qeydə alınıb. Çörəkbişirmə sexlərində işləyən işçilər tərəfindən sanitar-gigiyenik normalara əməl olunmaması da aşkarlanıb.
Yoxlamalar zamanı çörəyin daşınma prosesində xüsusi avtomobillər nəzərdə tutulduğu halda, əksər sahibkarların buna məhəl qoymadığı aşkarlanıb. Yoxlamalar zamanı neqativ halların aşkarlandığı çörək sexlərinə ciddi xəbərdarlıq edilərək onlara iradnamələr və tələbnamələr təqdim edilib. Fəaliyyəti qeyri-qənaətbəxş olan bir neçə istehsal müəssisəsi isə təmirə dayanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR