Bank Of Baku

Bakıda Azərbaycan və Hindistan iş adamları arasında görüş keçirilib - FOTO

Bakıda Azərbaycan və Hindistan iş adamları arasında görüş keçirilib -<font color=red> FOTO</font>
# 31 mart 2011 08:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin (İİN) dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və Hindistan Ticarət və Sənaye Palataları Federasiyasının təşkilatçılığı ilə Azərbaycan və Hindistan iş adamları arasında görüş keçirilib.

APA-Economics”in xəbərinə görə, tədbirdə kənd təsərrüfatı və qida sənayesi, səhiyyə və əczaçılıq, tikinti, kimya sənayesi, toxuculuq, mühəndislik və digər sahələrdə fəaliyyət göstərən 50-yə yaxın iş adamı iştirak edir.

İİN Aparatının rəhbəri Samir Vəliyev çıxışında Azərbaycanın iqtisadi inkişafından danışaraq bildirib ki, Azərbaycan Hindistanla 1992-ci ildən əməkdaşlıq edir. 2010-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 335 mln. dollar təşkil edib ki, bu da 2009-cu illə müqayisədə 4,3% çoxdur: “Lakin bu, heç bir ölkəni qane etmir. Belə ki, ticarət dövriyyəsinin inkişaf etdirilməsi üçün potensial var və analoji tədbirlərin keçirilməsi də buna səbəb olacaq. Artıq hər iki ölkənin iş adamları arasında dialoqlara başlanılıb”. S.Vəliyev həmçinin deyib ki, hazırda iki ölkə arasında investisiyaların qorunması haqqında saziş layihəsinə baxılır: “Yaxın zamanlarda sözügedən sənədin imzalanacağı gözlənilir”.

Azpromo-nun prezidenti Adil Məmmədov Azərbaycanın biznes və investisiya imkanları barədə məlumat verib.

Hindistanın Azərbaycandakı səfiri Debnat Şau, Hindistan Ticarət və Sənaye Palataları Federasiyasının baş katibinin müavini Şeyla Sudhakaran iş adamları arasında əməkdaşlığın inkişaf etdiyini, biznes-forumların və müxtəlif tədbirlərin iki ölkə arasında əlaqələrin daha da intensivləşməsinə töhfə verdiyini qeyd ediblər.

İşgüzar görüş iş adamları arasında ikitərəfli görüşlərlə davam edib. Görüşdə iş adamları arasında iqtisadi əlaqələr və əməkdaşlıq perspektivlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR