Bank Of Baku

Oğuzda “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzusunda seminar keçirilib

Oğuzda “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin  sığortalanması” mövzusunda seminar keçirilib
# 31 mart 2011 16:47 (UTC +04:00)
Bakı - APA-Economics. Oğuz şəhərində Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar üçün “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzusunda seminar keçirilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı, Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə İİN-in Şəki-Zaqatala regional bölməsinin, Oğuz RİH-in, Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin əməkdaşları, eləcə də 20-dən çox sahibkar iştirak edib.

Seminarda risklərin mahiyyəti, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və bu sahədə qanunvericilik bazası, kənd təsərrüfatında sığortanın xüsusiyyətləri və s. barədə ətraflı məlumat verilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində sahibkarlara metodiki vəsaitlər də paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR