Bank Of Baku

ATİB İdarə Heyətinə yeni üzvlər qəbul edilib

ATİB İdarə Heyətinə yeni üzvlər qəbul edilib
# 01 aprel 2011 11:48 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Martın 31-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) Ümumi Yığıncağının növbəti iclası keçirilib. Qurumdan «APA-Economics»ə verilən məlumata görə, iclasda birliyin 2010-cu il üzrə hesabatı təqdim olunaraq təsdiqlənib.

Toplantıda İdarə Heyətinə (İH) yeni üzvlər seçilməsi məsələsinə baxılıb. “Azərtürkbank” ASC İdarə Heyətinin sədri Mehmet Sami Acarözmen, “Rem Service” şirkətinin təsisçisi Rəfael Şirinov və “Behrud” şirkətinin təsisçisi İlham Alməmmədov İH üzvü seçilib. Bununla da İH üzvlərinin sayı 11-ə çatıb.

Təşkilatın İH sədri Fatimə Aslan, sədr müavini və baş katibi Rəşad Rəsullu, üzvləri Cemal Yangın (“İstanbul Çarşı Import Export Ltd”), Ali İhsan Genç (“Turquoise” MMC), İhsan Fatoğlu (“Fatoğlu” MMC), Ali Ağan (“Azercell Telecom” MMC), Ali Apaydın (“Triton” MMC) və Resul Doğandır (“Mozart” kafesi).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR