Bank Of Baku

Lənkəranda sahibkarlar üçün regional seminar keçirib

Lənkəranda sahibkarlar üçün regional seminar keçirib
# 01 aprel 2011 12:24 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Sahibkarlığın inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi və sahibkarların maarifləndirilməsi, məsləhət-informasiya təminatının yaxşılaşdırılması məqsədilə bu gün Lənkəran şəhərində bölgədə fəaliyyət göstərən sahibkarlar üçün “Korrupsiya riskləri və onların aradan qaldırılması” mövzusunda seminar keçirilib.

APA-nın Cənub bürosunun məlumatına görə, İqtisadi İnkişaf Nazirliyinin (İİN), Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi, İİN-in Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə İİN-in Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimovun “Dövlət orqanları tərəfindən (vergi orqanları istisna olmaqla) sahibkarlıq subyektlərində həyata keçirilən yoxlamalarda İİN-in nümayəndəsinin iştirakı” Qaydaları”, İİN-in hüquq şöbəsinin müdiri Rəşad Mustafayevin “Müasir şəraitdə korrupsiya ilə mübarizənin hüquqi aspektləri”, İİN-in Daxili nəzarət şöbəsinin böyük məsləhətçisi Elçin Əzizlinin “Korrupsiya hüquqpozmaları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması”, İİN Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxovun “Sahibkarların hüquqi biliklərinin artırılması istiqamətində qarşıda duran vəzifələr” və s. mövzularda çıxışları dinlənilib.

Tədbirin sonunda sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanan tədris-metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR