Bank Of Baku

Bakı və Bakıətrafı qəsəbələrin iqtisadi inkişafı ilə bağlı yeni maliyyələşdirmə fondunun yaradılması planlaşdırılmır

Bakı və Bakıətrafı qəsəbələrin iqtisadi inkişafı ilə bağlı yeni maliyyələşdirmə fondunun yaradılması planlaşdırılmır
# 04 aprel 2011 09:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı üzrə sahibkarlara güzəştli kreditlərin ayırlması üçün hər hansı bir yeni fondun yaradılması nəzərdə tutulmur.

Hökumətdəki mənbələrdən «APA-Economics»ə verilən məlumata görə, hazırda ölkədə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) fəaliyyət göstərir ki, bu qurum ölkənin bütün regionlarını, o cümlədən Bakı və Bakıətrafı qəsəbələri tam əhatə edir: «Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı üzrə sahibkarlara güzəştli kreditlərin ayırlması üçün əlavə vəsait tələb olunmayacaq. Belə ki, SKMF-in kifayət qədər vəsaiti mövcuddur».

Qeyd edək ki, hazırda SKMF Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı üzrə tədbirlər planı hazırlayır. Tədbirlər planına Bakı və Bakıətrafı qəsəbələrdə ətlik, südlük, quşçuluq, çörək müəssisələri, yumurtalıq, zeytunluq, zəfəranlıq təsərrüfatları, istixanaların yaradılması və s. daxildir. 2011-2013-cü illəri əhatə edəcək tədbirlər planının proqram şəklində dövlət başçısı tərəfindən təsdiq olunacağı gözlənilir.

Tədbirlər planı çərçivəsində bir neçə il ərzində Bakıda 100 hektar üzümçülük (süfrə sortları) bağlarının, 3 il ərzində 1500 hektar zeytun bağlarının salınması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR