Bank Of Baku

Sabah Bakıda Azərbaycan-Yunanıstan biznes-forumu keçiriləcək

Sabah Bakıda Azərbaycan-Yunanıstan biznes-forumu keçiriləcək
# 05 aprel 2011 12:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Aprelin 6-da Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Yunanıstan biznes-forumu keçiriləcək. Bu barədə «APA-Economics»ə Azpromo-dan bildirilib.

Fondan qeyd ediblər ki, tədbirdə hər iki ölkənin 200-ə yaxın iş adamı iştirak edəcək: «Azərbaycan və Yunanıstanın iş adamları əsasən, tikinti, maliyyə, enerji, İKT, səhiyyə və əczaçılıq, qida sənayesi, kənd təsərrüfatı kimi sahələrində fəaliyyət göstərir ki, biznes-forumdan sonra tərəflər arasında ikitərəfli görüşlər keçiriləcək».

Tədbirdə Azərbaycan və Yunanıstanın iqtisadi inkişaf və əlverişli biznes mühitinə dair təqdimatlar keçiriləcək.

Qeyd edək ki, biznes-forum Yunanıstan prezidenti Karolos Populyasın Azərbaycana rəsmi səfəri çərçivəsində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR