Bank Of Baku

Londonda Azərbaycan iqtisadiyyatı ilə bağlı biznes-forum keçiriləcək

Londonda Azərbaycan iqtisadiyyatı ilə bağlı biznes-forum keçiriləcək
# 05 aprel 2011 14:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Mayın 12-13-də Londonda Azərbaycan iqtisadiyyatına həsr olunmuş biznes-forum keçiriləcək. Bu barədə «APA-Economics»ə tədbirin təşkilatçılarından olan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) məlumat verilib.

Fondan bildirilib ki, Böyük Britaniyanın paytaxtındakı forum «Azərbaycan – Qafqazın aparıcı iqtisadiyyatı – Azərbaycanın investisiya potensialı ön planda» mövzusuna həsr olunacaq: «Hazırda tədbir iştirakçılarının, o cümlədən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin siyahısı müəyyənləşdirilir».

Qeyd edək ki, tədbirdə Azərbaycanın iqtisadi inkişafı və əlverişli biznes mühitinə dair təqdimatlar keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR