Bank Of Baku

Azərbaycanlı menecerlər Almaniyada təlim kursu keçəcək

Azərbaycanlı menecerlər Almaniyada təlim kursu keçəcək
# 05 aprel 2011 16:19 (UTC +04:00)
Bakı - APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı” çərçivəsində menecerlərdən ibarət namizədlərin 2011-ci ilin iyun-iyul aylarında Almaniyada “İqtisadi kooperasiya” üzrə kurs keçməsi üçün müsabiqə elan edib.

İİN-dən “APA-Economics”ə verilən məlumata görə, müsabiqə ilə əlaqədar Bakı Biznes Tədris Mərkəzinə 59 sənəd təqdim olunub.

Martın 9-10-da Bakı Biznes Tədris Mərkəzində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən namizədlərin seçimi aparılıb və iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən namizədlərdən 33-ü müsabiqədən keçib.

Aprelin 2-3-də müsabiqədən keçmiş namizədlər üçün Almaniyanın Baden Vürttenberq Tədris Mərkəzinin nümayəndəsi Kristina Pfankuxen və GİZ təşkilatının eksperti Vladislav Belov tərəfindən Bakı Biznes Tədris Mərkəzində ilkin hazırlıq treninqi keçirilib. Tədbirdə iştirakçılara təqdimatların hazırlanması və təqdim olunması qaydaları, Almaniya şirkətləri ilə əməkdaşlıq əlaqələrinin qurulması barədə ətraflı məlumat verilib.

Seçilmiş menecerlərdən ibarət qrup təlim kurslarında iştirak etmək üçün iyunun 14-də Almaniyaya gedəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR