Bank Of Baku

Yunanıstanın bir sıra şirkəti Azərbaycanla əməkdaşlıq qurmaq niyyətindədir

Yunanıstanın bir sıra şirkəti Azərbaycanla əməkdaşlıq qurmaq niyyətindədir
# 07 aprel 2011 07:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yunanıstan Azərbaycanla iqtisadiyyatın bir sıra sahəsində əməkdaşlıq etmək niyyətindədir.

«APA-Economics»in məlumatına görə, Yunanıstanın «Calpak-Cicero Hellas» şirkəti günəş enerjisi sistemlərinin Azərbaycanda tətbiqi üçün Azərbaycanda topdansatıcılar, idxalatçılar, distribütorlar, nümayəndələr tapmaq və ya birgə müəssisənin yaradılmasında maraqlıdır. Yunanıstanın digər şirkəti - «Polyeco» isə ekologiya sahəsində xidmət göstərən yerli şirkətlərlə əməkdaşlıq etmək niyyətindədir.

Bundan başqa, Yunanıstanın «Protasis» şirkəti neft şirkətləri ilə, «Exodus» şirkəti isə Azərbaycanın maliyyə institutları və telekommunikasiya şirkətləri ilə əməkdaşlıq etmək niyyətindədir.

Qeyd edək ki, ötən gün Bakıda Azərabycan-Yunanıstan biznes-forumu keçirilib. Tədbirdə hər iki ölkənin iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR