Bank Of Baku

Azərbaycan patent hüququnun qorunması üzrə beynəlxalq təcrübəni öyrənir

Azərbaycan patent hüququnun qorunması üzrə beynəlxalq təcrübəni öyrənir
# 07 aprel 2011 09:20 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Bakıda «Almaniya və Azərbaycanda Patent və əmtəə nişanı hüququ» mövzusunda beynəlxalq seminar işinə başlayıb.

APA-Economics”in məlumatına görə, tədbir Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Hüquq Əməkdaşlıq Fondu (İRZ) tərəfindən təşkil edilib.

Seminarda Azərbaycanın əmtəə nişanı hüququ sahəsindəki qanunvericiliyi, hüquqi tənzimləmə, qeydiyyat nişanlarının istifadəsi və qorunması, onun pozulmasına görə məsuliyyət, eləcə də bu sahədə Avropa və beynəlxalq təcrübə müzakirə olunub.

Komitənin patent şöbəsinin müdiri Miryaqub Seyidovun sözlərinə görə, seminarın keçirilməsində məqsəd bu sahədə Avropa və dünya təcrübəsinin mənimsənilməsi, xüsusilə də bu sahədə məhkəmə praktikası ilə tanışlıqdır: “Xüsusən məhkəmə prosedurları barədə təhlillər aparılacaq. Çünki bəzən hüquq pozuntularına qarşı hər hansı sanksiyalar və məhkəmə qərarları düzgün qəbul edilməli və bu, beynəlxalq təşkilatların qaydalarına uyğun olmalıdır”. Bu səbəbdən tədbirə Almaniyanın Federal Patent Məhkəməsinin sədrlik edən hakimi Volfqanq Ştoppel və Azərbaycan Ali Məhkəməsinin hakimləri də qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR