Bank Of Baku

Böyük Britaniya əcnəbi sərmayədar və sahibkarlar üçün viza qaydalarını asanlaşdırıb

Böyük Britaniya əcnəbi sərmayədar və sahibkarlar üçün viza qaydalarını asanlaşdırıb
# 07 aprel 2011 12:01 (UTC +04:00)
Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu il martın 16-da qəbul edilən qaydalar aprelin 6-dan qüvvəyə minib.

Yeni qaydalara əsasən, Birləşmiş Krallığa gələn və yüksək məbləğdə pul yatırımı edən imkanlı miqrantlar ömürlük məskunlaşma hüququnu daha tez əldə edə biləcəklər. Tezləşdirilmiş məskunlaşma hüququ həm Birləşmiş Krallıqda yaşayıb yüksək məbləğdə sərmayə yatıranlara, həm də yeni gələn sərmayədarlara şamil ediləcək. 3 il ərzində 5 mln. funr-sterlinq pul yatırmış və ya 10 iş yeri açmış sahibkar miqrantlar da məskunlaşma hüquqlarını tezləşdirərək Birləşmiş Krallıqda daha tez məskunlaşa bilərlər.

Böyük Britaniyanın immiqrasiya naziri Demiyen Qrin bildirib ki, bu qərar Birləşmiş Krallığın biznes üçün açıq qalmağa davam etdiyini göstərir: “Biz təklifi olan hər kəsin gəlib burada məskunlaşmasını istəyirik. Sahibkarlar və sərmayədarlar bizim iqtisadi dirçəlişimizdə mühüm rol oynaya bilər və mən əlimdən gələni edəcəyəm ki, Böyük Britaniya onlar üçün cəlbedici ölkə kimi qalsın”.

Yeni qaydaların bir hissəsi kimi Böyük Britaniya həmçinin gələcək sahibkarlar üçün xüsusi viza kateqoriyası yaradılacağını elan edib. Bu viza kateqoriyası ilə onlar Birləşmiş Krallığa sahibkar vizası ilə daxil olmazdan əvvəl, vizit vizası ilə gələrək sərmayələrinə zəmanət qazanmaq və bizneslərini başlamaq üçün lazımı hazırlıqları görmək imkanı qazanacaqlar.

Xüsusi istedada malik olan miqrantlar üçün də yeni viza kateqoriyası elan olunub. Bu viza il ərzində 1000 nəfərlə məhdudlaşacaq və elm, mədəniyyət və humanitar sahələrdə lider kimi tanınmış və ya bunu edəcək potensiala malik şəxslərin ölkəyə gəlişini asanlaşdıracaq. Bu yeni viza kateqoriyası altında müraciət edən şəxslərin Birləşmiş Krallıqda sponsorlarının olmasına ehtiyac olmayacaq, ancaq akkreditasiya almış səlahiyyətli orqan tərəfindən dəstək almalı olacaqlar. Dəstək verilib-verilməməsi hər bir səlahiyyətli orqanın (adları yaxınlarda açıqlanacaq) özündən asılı olacaq. Xüsusi istedada malik olanlar üçün yeni viza kateqoriyası ölkəyə dəyərli töhfə verəcək istedadlı şəxslərin gəlməyə davam etməsini təmin edəcək.

Dəyişikliklər barədə daha ətraflı məlumat almaq istəyənlər aşağıdakı linkə daxil ola bilərlər:

http://www.ukba.homeoffice.gov.uk/sitecontent/newsarticles/2011/march/39-entrepreneurs-investors
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR