Bank Of Baku

Azərbaycan Sahibkarlığa Kömək Milli Fondunun auditi keçirilib

Azərbaycan Sahibkarlığa Kömək Milli Fondunun auditi keçirilib
# 08 aprel 2011 15:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. “Baker Tilly Azerbaijan LLC” beynəlxalq audit şirkəti tərəfindən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 2010-cu il üzrə maliyyə hesabatlarının auditi keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, audit zamanı Fondda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, Fondun maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycanın qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilib.

“Baker Tilly Azerbaijan LLC” beynəlxalq audit şirkəti tərəfindən verilmiş rəyə əsasən, Sahibkarlığa Kömək Milli Fondunun 2010-cu il üzrə maliyyə fəaliyyəti müsbət qiymətləndirilib, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq aparıldığı müəyyən edilib.

Qeyd edək ki, son üç ildir beynəlxalq audit şirkətləri tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun maliyyə hesabatlarının auditi aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR