Bank Of Baku

Azərbaycanda sahibkarlara verilmiş güzəştli kreditlərin həcmi 40% artıb

Azərbaycanda sahibkarlara verilmiş güzəştli kreditlərin həcmi 40% artıb
# 11 aprel 2011 08:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin birinci rübü ərzində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ölkədə fəaliyyət göstərən sahibkarlara verilmiş güzəştli kreditlərin həcmini 40% artırıb. Bu barədə “APA-Economics”ə Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, yanvar-mart aylarında SKMF 332 sahibkara investisiya layihələrinin maliyyələşdirilməsi üçün 27,5 mln. manat məbləğində güzəştli kredit ayırıb: “Ötən ilin müvafiq dövrü ilə müqayisədə kredit verdiyimiz sahibkarların sayı 70%, güzəştli kreditlərin həcmi isə 40% artıb. Gələcəkdə bu fəaliyyətimizi davam etdirmək niyyətindəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR