Bank Of Baku

Yaxın günlərdə Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiqlənəcəyi gözlənilir

Yaxın günlərdə Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiqlənəcəyi gözlənilir
# 11 aprel 2011 10:24 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu İqtisadi İnikşaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda Fond əsasən investisiya layihələrini öz vəsaitləri hesabına, yəni əvvəllər sahibkarlara verilmiş kreditlərin geri qaytarılması hesabına maliyyələşdirir: «Bu il layihələrin 73%-i və ya 91 mln. manatı Fond öz vəsaiti hesabına maliyyəşədirəcək. Dövlət büdcəsindən isə 34 mln. manat ayrılacaq. Artıq dövlət büdcəsindən SKMF-a 10 mln. manat ayrılıb, qalan 24 mln. manatın ayrılması üçün isə Maliyyə Nazirliyinə müraciət olunub. Bu onu göstərir ki, artıq Fond özünü maliyyələşdirmə sisteminə demək olar ki keçib. Növbəti illlərdə mövcud resurslar çərçsivəsində fəaliyyət göstərsək, Fond bu sistemə tam keçə biləcək. Lakin məqsədli dövlət proqramları çərçivəsində əlavə vəsaitlərə ehtiyac olur ki, bu da dövlət büdcəsindən ayrılır. Bu günlərdə Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramının Azərbaycanın dövlət başçısı tərəfindən təsdiqi gözlənilir ki, həmin proqram çərçivəsində əlavə vəsaitin ayrılması nəzərdə tutulub».

Ş.Abdullayev onu da bildirib ki, hazırda Fondun mövcud imkanları kreditləşməni fasiləsiz aparılması üçün yetərlidir və artıq bir neçə ildən sonra SKMF özünü maliyyəşdirmə sisteminə tam keçə biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR