Bank Of Baku

Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu bu il aktiv kredit portfelini 8% artıracaq

Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu bu il aktiv kredit portfelini 8% artıracaq
# 11 aprel 2011 10:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) aktiv kredit portfelinin 8,4% artacağı gözlənilir.

«APA-Economics»in məlumatına görə, SKMF-in icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, əgər 2011-ci ilin əvvəlində Fond tərəfindən verilən kreditlərin qalığı 406 mln. manat təşkil edirdisə, ilin sonunadək aktiv kredit portfeli 440 mln. manata çatacaq.

«Bu gün Fondun təsdiqlədiyi və hissə-hissə maliyyələşdirdiyi əlavə 40 mln. manata qədər layihəsi var ki, bu layihələrin cari ilin II rübündə maliyyələşdirilməsi nəzərdə tutulub. Eyni zamanda, hazırda yeni layihələrin ekspertizası həyata keçirilir», - deyə Ş.Abdullayev bildirib.

Qeyd edək ki, bu ilin I rübü ərzində SKMF 332 sahibkara 27,5 mln. manat məbləğində güzəştli kredit ayırıb. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə Fonddan kredit almış sahibkarların sayı 70%, kreditin həcmi isə 40% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR