Bank Of Baku

Bakıda Çexiyanın çörək istehsalı avadanlıqlarının təqdimatı keçirilib

Bakıda Çexiyanın çörək istehsalı avadanlıqlarının təqdimatı keçirilib
# 11 aprel 2011 10:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycanda çörək istehsalı ilə məşğul olan sahibkarları müasir texnologiyalarla tanış etmək, həmçinin yeni texnologiyaların tətbiq olunması prosesini sürətləndirmək məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı və Çexiyanın «Dvorak-engineering» şirkətinin nümayəndələrinin iştirakı ilə müasir standartlara cavab verən çörək istehsalı avadanlıqlarının təqdimatı keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Azərbaycanda sahibkarlığın inkişafına göstərilən hərtərəfli dövlət dəstəyi tədbirlərindən danışaraq, ölkədə aparılan iqtisadi siyasət nəticəsində qeyri-neft sektorunun inkişafının sürətləndiyini, iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını vurğulayıb.

Öz növbəsində «Dvorak-engineering» şirkətinin rəhbəri Yaroslav Dvorak təqdimatla çıxış edərək, şirkətin müasir texnologiyaların tətbiqinə əsaslanan çörək və un məmulatları istehsal edən avadanlıqları, onların əsas texniki-iqtisadi göstəriciləri (proseslərin tam avtomatlaşdırılması, asan idarə olunma, enerjiyə qənaət, səmərəlilik, keyfiyyətlilik, ekoloji, sanitar-gigiyenik və s. cəhətləri) haqqında sahibkarlara ətraflı məlumat verib: «Bizim avadanlıqlar bir çox ölkələrdə, o cümlədən Avropa, Asiya, Amerika qitələrində işlənilir. Ümid edirəm ki, avadanlıqlarımız Azərbaycanda da istifadə olunacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR