Bank Of Baku

SKMF: Azərbycanda çörək istehsalı müəssisələrinin əksəriyyəti qaydalara uyğun fəaliyyət göstərmir

SKMF: Azərbycanda çörək istehsalı müəssisələrinin əksəriyyəti qaydalara uyğun fəaliyyət göstərmir
# 11 aprel 2011 12:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbycanda çörək istehsalı ilə məşğul olan müəssisələrin əksəriyyəti mövcud norma və qaydalara uyğun fəaliyyət göstərmir. «APA-Economics»in məlumatına görə, bunu İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə emal sənayesində müasir texnologiyaların geniş tətbiqinə baxmayaraq, çörək istehsalı sahəsində bununla bağlı vəziyyət bir o qədər də qənaətbəxş deyil: «Ölkədəki çörək istehsalı müəssisələrinin əksəriyyəti normalara uyğun fəaliyyət göstərmir. Məqsədimiz bu müəssisələrdə müasir texnologiyaları geniş tətbiq etmək, əhalinin keyfiyyətli çörəklə təmin etməkdir».

Ş.Abdullayev onu da bildirib ki, artıq müasir standartlara cavab verən çörək istehsalı müəssisələrinin yaradılması üzrə sahibkarlıq subyektləri tərəfindən təqdim edilmiş illik istehsal gücü 89,8 min ton çörək istehsalı olan 8 investisiya layihəsinə SKMF tərəfindən 6,3 mln. manat güzəştli kredit ayrılıb. Bu layihələrdən 4-ü Bakı şəhərində, 4-ü isə regionlarda həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR