Bank Of Baku

Yaponiyada baş verən zəlzələ bu il dünyanın reklam büdcəsini kəskin azaldacaq

Yaponiyada baş verən zəlzələ bu il dünyanın reklam büdcəsini kəskin azaldacaq
# 12 aprel 2011 07:42 (UTC +04:00)
Bakı - APA-Economics. Yaponiyada baş verən zəlzələ və Yaxın Şərqdəki silahlı münaqişələr nəticəsində 2011-ci ildə dünyanın reklam büdcəsi 2,5 mlrd. dollar azalacaq.

APA-Economics”in “The Guardian”a istinadən xəbərinə görə, bu barədə “ZenithOptimedia” reklam agentliyinin yaydığı açıqlamada bildirilir.

Bu il martın 11-də Yaponiyada baş verən zəlzələdən sonra kommersiya reklamını bütünlüklə sosial reklam əvəzləyib. “ZenithOptimedia”da hesab edirlər ki, cari ildə Yaponiyanın reklam bazarı 4,1% azalacaq, gələn il isə 4,65 artacaq.

Vətəndaş müharibəsi ilə nəticələnən inqilab başlayandan Liviyada reklam bazarı kəskin azalıb. Misirdə reklam məsrəflərində 20% enmə qeydə alınıb. Amma gələn il bu göstəricinin 20% artacağı gözlənilir.

Gələn il dünyada reklam gəlirlərinin artmasına əsas səbəb ABŞ-da keçiriləcək prezident seçkiləri, London Olimpiadası və futbol üzrə Avropa çempionatı olacaq. “ZenithOptimedia”nın 2013-cü illə bağlı proqnozu isə daha maraqlıdır - internet reklamı çap KİV-lərindəki reklamı üstələyərək, televiziya reklamından sonra ikinci olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR