Bank Of Baku

Bakıda Azərbaycan və İordaniya sahibkarları arasında işgüzar görüş keçirilir

Bakıda Azərbaycan və İordaniya sahibkarları arasında işgüzar görüş keçirilir
# 12 aprel 2011 08:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycan və İordaniya sahibkarları arasında işgüzar görüş işə başlayıb.

APA-Economics”in xəbərinə görə, tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev qeyd edib ki, bu görüş iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə zəmin yaradacaq.

Azərbaycan və İordaniya arasında bir çox sahələrə dair sazişlərdən söz açan nazir bildirib ki, növbəti sazişləri hökumətlərarası komissiya yaxın vaxtlarda hazırlayacaq. Azərbaycanın iqtisadi inkişafından danışan Ş.Mustafayev deyib ki, bu günədək Azərbaycan iqtisadiyyatına 100 mlrd. dollardan çox investisiya yatırılıb ki, bunun da yarıdan çoxu xarici investisiyalardır.

İordaniyanın sənaye və ticarət naziri Hani Mülki bildirib ki, bu görüş əlaqələrin bir qədər də inkişaf etdirilməsinə təkan verəcək. Görüş çərçivəsində iki ölkənin sahibkarları arasında ikitərəfli görüşlər keçiriləcək. İordaniyanın iqtisadi inkişafından danışan nazir qeyd edib ki, 2001-2009-cu illər ərzində ölkənin xarici ticarəti 16,9 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR