Bank Of Baku

Azərbaycanda «Bacarıqların inkişaf etdirilməsi» kursu üzrə treninqlərə start verilib

Azərbaycanda «Bacarıqların inkişaf etdirilməsi» kursu üzrə treninqlərə start verilib
# 12 aprel 2011 14:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin və Almaniyanın GİZ təşkilatının dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə «Management Traninqg» Proqramı çərçivəsində sahibkarlar üçün Bakıda «Bacarıqların inkişaf etdirilməsi» kursu üzrə treninq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 25-dən çox sahibkarın iştirak etdiyi tədbirdə sahibkarlara stimullaşdırma, qərarların qəbul edilməsi, rəhbərlik üslubu, liderlik, innovasiyanın idarəetmədə tətbiq edilməsi və s. barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində sahibkarlara tədris-metodiki vəsaitlər paylanıb, sertifikatlar təqdim edilib.

Növbəti treninq aprelin 23-də Bakıda keçiriləcək. Bu cür treninqlərin regionlarda da təşkil edilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR