Bank Of Baku

Ankarada Türkiyə-Azərbaycan biznes-forumu keçiriləcək

Ankarada Türkiyə-Azərbaycan biznes-forumu keçiriləcək
# 13 aprel 2011 13:59 (UTC +04:00)
Bu barədə “APA-Economics”ə Azərbaycanın Ankaradakı səfirliyindən məlumat verilib.

Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının təşkilatçılığı ilə “Swissotel” mehmanxanasında keçiriləcək foruma Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Türkiyənin xarici ticarət naziri Zəfər Çağlayan sədrlik edəcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) tədbirdə Azərbaycanın son illərdəki nailiyyətləri, ölkədə gedən islahatlar, xarici investisiya üçün ölkədə yaradılmış münbit şərait və ölkə infrastrukturunun inkişafı barədə təqdimatla çıxış edəcək. Forumda iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, perspektivləri və ikitərəfli ticarət həcminin artırılması imkanları müzakirə olunacaq.

Biznes-forumda Türkiyə və Azərbaycandan çoxlu sayda iş adamının iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR