Bank Of Baku

ATƏT-in Bakı ofisi Gəncədə sahibkarları və dövlət qurumlarının nümayəndələrini bir araya gətirib

ATƏT-in Bakı ofisi Gəncədə sahibkarları və dövlət qurumlarının nümayəndələrini bir araya gətirib
# 13 aprel 2011 14:24 (UTC +04:00)
Bakı – APA. ATƏT-in Bakı ofisi İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi ilə birgə Gəncə şəhərinin korporativ sektoru üçün qanunvericilik bazası haqqında məlumat sessiyası keçirir. Ofisdən APA-ya verilən xəbərə görə, tədbirin məqsədi problemlər və onların mümkün həlli haqqında məlumatlılıq səviyyəsini artırmaq, sahibkarların biznes fəaliyyətlərinin daha səmərəli idarə edilməsinə köməklik göstərmək və bu sahədə aparılan islahatların prioritetlərini müəyyənləşdirməkdir. İştirakçılar vergi, əmək və gömrük qanunvericilikləri, inzibati-iqtisadi məhkəmə qaydalarını və qanunsuz səyyar vergi yoxlamaları kimi kiçik və orta ölçülü sahibkarların üzləşdiyi mövcud problemləri müzakirə edəcək.

Tədbirdə ATƏT-in Bakı ofisinin İqtisadiyyat və Ətraf Mühit Şöbəsinin rəhbəri Yan Olsson, Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Gömrük Komitəsi, Gəncə Şəhər İcra Hakimiyyəti və Sanitar-Epidemioloji İnstitutun nümayəndələri, həmçinin sahibkarlar iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR