Bank Of Baku

Azərbaycan sahibkarlıqla məşğul olan fiziki şəxslərin elektron qeydiyyat sisteminin tətbiqinə hazırlaşır

Azərbaycan sahibkarlıqla məşğul olan fiziki şəxslərin elektron qeydiyyat sisteminin tətbiqinə hazırlaşır
# 14 aprel 2011 10:04 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanın Vergi Məcəlləsinə gözlənilən dəyişikliklərdən biri sahibkarlıqla məşğul olan fiziki şəxslərin elektron formada qeydiyyatının təsdiq edilməsidir. “APA-Economics”in xəbərinə görə, bu barədə vergilər naziri Fazil Məmmədov bildirib.

Onun sözlərinə görə, bu dəyişikliklər qəbul edilərsə, artıq bu ildən sahibkarlıqla məşğul olan fiziki şəxslər heç bir dövlət qurumuna getmədən internet vasitəsilə vergi uçotuna dura biləcəklər: “Bunun üçün sahibkarlar elektron formada müraciət edəcəklər və bu müraciət qəbul olunacaq. Respublikanın istənilən nöqtəsindən istənilən şəxs elektron formada qeydiyyatdan keçə bilər”.

F.Məmmədov qeyd edib ki, hazırda Vergilər Nazirliyində bunu həyata keçirmək üçün bütün imkanlar mövcuddur: “Artıq bununla bağlı həm texniki baza, həm də kadr bazası hazırdır. Nazirliyin digər qurumlarla, o cümlədən DİN-lə də elektron inteqrasiyası var ki, lazım olduqda, ətraflı informasiya almaq mümkün olsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR