Bank Of Baku

Azərbaycanda vergi ödəyicilərinin pasportlaşdırması zamanı bəzi qanun pozuntuları aşkarlanıb

Azərbaycanda vergi ödəyicilərinin pasportlaşdırması zamanı  bəzi qanun pozuntuları aşkarlanıb
# 14 aprel 2011 12:59 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi tərəfindən ölkədəki vergi ödəyicilərinin pasportlaşdırılması prosesi hələ başa çatmasa da, artıq ödəyicilərin yol verdiyi bəzi qanun pozuntuları aşkarlanıb. «APA-Economics»in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov bildirib.

«Kommersiya və ticarət obyektlərində bəzi qanun pozuntuları artıq aşkarlanıb, obyektlərin gizlədilməsindən tutmuş qanunsuz sahibkarlığadək. Amma hələ bu nəticələr təhlil olunmalıdır», - deyə nazir vurğulayıb.

F.Məmmədovun sözlərinə görə, hələlik bununla bağlı məlumatların tam açıqlanması mümkün deyil: «Çünki orada özünəməxsus detallar çoxdur. Yəni, şirkətlərin satılması və ya başqalarına icarəyə verilməsi məsələsi, bunların hər biri araşdırılıb, axırda müəyyən oluna bilər ki, qanunsuz və ya qanuni fəaliyyət nə qədərdir. Hansı addım nə məqsədlə atılıb və s.».

Vergilər nazirinin sözlərinə görə, pasportlaşdırmanın may ayının sonunadək başa çatdırılması nəzərdə tutulsa da, işlərin bundan sonra da davam edəcəyi gözlənilir. Bundan başqa, gələcəkdə Vergilər Nazirliyinin strukturuna ediləcək dəyişikliklər nəticəsində pasportlaşdırmanın daimi aparılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR