Bank Of Baku

Saxlama müddəti ötmüş 360 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 360 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 14 aprel 2011 13:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nəsimi rayonunda Azadlıq prospekti, 103 ünvanında yerləşən «Proqress market»də, 4-cü mikrorayon, Hüseynzadə küçəsi, 31 ünvanındakı «Lyuks market»də, Nərimanov rayonunda Təbriz küçəsi, ev 94 ünvanında yerləşən «Şəms market»də, N.Nərimanov küçəsi, ev 5A ünvanındakı «Hilal market»də, Ə.Əliyev küçəsi, ev 12 ünvanında yerləşən «Zəmi market»də, Yasamal rayonunda Şərifzadə küçəsi, ev 94, mənzil 1 ünvanında yerləşən «Sevimli dad market»də, Şəmkir rayonunda 20 Yanvar küçəsində Etibar Vəliyevə məxsus mağazada, Zəyəm qəsəbəsi, M.P.Vaqif küçəsində Sevinc Mərdanovaya məxsus mağazada, Qusar rayonunda Quxur-oba kəndində Ramin Dövlətxanova məxsus mağazada, Mingəçevir şəhərində Bazar ətrafında Anar Umudəliyevə məxsus mağazada, Xocalı küçəsində Ramil Dadaşova məxsus mağazada və İmaməddin Əliyevə məxsus «Sahibkar» mağazasında, Gəncə şəhərində R.Qasımov küçəsi, 91 ünvanında yerləşən «Aygün market»də, ümumi çəkisi 360 kiloqrama yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR