Bank Of Baku

«Caspian Energy Integration Award-2011» beynəlxalq mükafatının növbəti təqdimatı keçirilib

«Caspian Energy Integration Award-2011» beynəlxalq mükafatının növbəti təqdimatı keçirilib
# 15 aprel 2011 09:55 (UTC +04:00)
Bakı - APA-Economics. Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu tərəfindən (Caspian Integration Business Club - CEIBC) tərəfindən təsis olunan beynəlxalq «Caspian Energy Integration Award-2011» mükafatının növbəti təqdimat mərasimi keçirilib.

«APA-Economics»in xəbərinə görə, tədbiri açıq elan edən CEIBC prezidenti Telman Əliyev bildirib ki, bu mükafat öz ölkələrinin istehsal və sosial sahələrində aktiv fəaliyyət göstərən, eləcə də dünya bazarında fəaliyyət coğrafiyasını dinamik genişləndirən şirkətlərə təqdim olunur.

Onun sözlərinə görə, «Caspian Energy Integration Award» beynəlxalq mükafatı CEIBC tərəfindən dünyanın 50 ölkəsində, Xəzər-Qara Dəniz və Baltik dənizi regionlarında fəaliyyət göstərən 1500 şirkətin top-menecerləri və orta səviyyə menecerləri (CEIBC üzvləri və «Caspian Energy» beynəlxalq nəşriyyat evinin nəşrlərinin oxucu auditoriyası) arasında keçirilmiş sorğunun nəticələri əsasında təqdim olunur.

T.Əliyev qeyd edib ki, bu ildən etibarən analoji tədbirlər Rusiya, Qazaxıstan, Türkiyə və Avropada da keçiriləcək.

Daha sonra müxtəlif nominasiyalar üzrə qalib şirkətlərin adları açıqlanıb. “İlin metallurgiya şirkəti” nominasiyasında "Baku Steel Company", “İlin təhlükəsizlik şirkəti” nominasiyasında “Safe Life”, “İlin neft-qaz nəqliyyat şirkəti” nominasiyasında “Cross Caspian Oil and Gas Logistics”, “İlin layihə və dizayn şirkəti” nominasiyasında “ELN Project, Building, Design Ltd Co”, “İlin tikinti şirkəti” nominasiyasında “Kenan Construction&Trade JV”, “İlin yol infrastrukturu şirkəti” nominasiyasında “AzVirt”, “İlin qazma şirkəti” nominasiyasında “SOCAR-AQS”, “İlin istehsalat birliyi” nominasiyasında “Azneft” İstehsalat Birliyi, “Neft-qaz sahəsində ilin elmi-tədqiqat institutu” nominasiyasında “Experimental-Industrial Plant”, “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyasında “SOCAR Petroleum”, “İlin neft emalı zavodu” nominasiyasında Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, “İlin hüquq şirkəti” nominasiyasında “Baku Law Centre”, “İlin sərgi təşkilatçisi şirkəti” nominasiyasında “ITE Group”, “İlin kabel televiziyasi şirkəti” nominasiyasında “B&B TV Communication”, “İlin tədbir təşkilatçisi şirkəti” nominasiyasında “Konsis”, “İlin gəmi təmiri şirkəti” nominasiyasında “Lion-A”, “İlin hoteli” nominasiyasında “The Grand Hotel Europe”, “İlin siğorta şirkəti” nominasiyasında “AXA MBASK”, “İlin e-hökümət həlləri provayderi” nominasiyasında “SINAM”, “Azərbaycanda ilin neft-qaz şirkəti” nominasiyasında “Statoil Azerbaijan”, “İlin sənaye-servis şirkəti” nominasiyasında “SOCAR Cape”, “Dünya mediasında ilin ən yaxşı reklam kampaniyası” nominasiyasında “Turkish Airlines”, “İlin sərgi təşkilatçısı şirkəti” nominasiyasında “ITECA Caspian”, “İlin tikinti şirkəti” nominasiyasında “Kenan Construction&Trade JV”, “İlin elmi-tədqiqat şirkəti” nominasiyasında Azərbaycan Milli Elmlər Akademiyası “Caspian Energy Integration Award-2011” mükafatına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR