Bank Of Baku

Səfir Hulusi Kılıç: “Türkiyədə 5500 azərbaycanlı iş adamı çalışır”

Səfir Hulusi Kılıç: “Türkiyədə 5500 azərbaycanlı iş adamı çalışır”
# 17 aprel 2011 12:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA. Bu gün Bakıda Azərbaycanda fəaliyyət göstərən Türk Sənayeçi və İş Adamları Birliyi Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) 17-ci Dönəm Ümumi Yığıncağı keçirilib. APA-nın məlumatına görə, tədbirin açılışında Azərbaycan-Türkiyə iqtisadi-siyasi əlaqələrindən bəhs edən videoçarx nümayiş olunub.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç çıxışında TÜSİAB-ın hər iki ölkə üçün vacib işlər gördüyünü bildirib: “TÜSİAB Azərbaycanda öz işini yüksək səviyyədə həyata keçirib və bu işlər növbəti illərdə davam etdirəcək. Hazırda Azərbaycan iqtisadiyyatı güclü inkişaf edir. Bir millət iki dövlət olaraq bu münasibətləri daha da gücləndirəcəyik”.

H. Kılıç deyib ki, hazırda Türkiyədə 5500 azərbaycanlı iş adamı çalışır: “Hər iki dövlət arasındakı münasibətləri nəzərə alaraq Türkiyə azərbaycanlı iş adamlarına daim dəstək göstərəcək”.

Tədbirdə TÜSİAB-ın bu il üzrə gəlir və xərcləri də müzakirə edilib. Açıq səsvermə yolu ilə qurumun bu il gəliri 290 min manat, xərcləri isə 288 min manat həcmində təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR