Bank Of Baku

Saxlama müddəti ötmüş 175 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 175 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 18 aprel 2011 14:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Sabunçu rayonunda Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, ev 59 ünvanında yerləşən «Portağal market»də, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1 ünvanında yerləşən mağazada, Nizami rayonunda Q.Qarayev prospekti, ev 18 ünvanındakı «Super yeni market»də, B.Nuriyev küçəsi, ev 67 ünvanında Zaur Rəsulova məxsus mağazada, Xətai rayonunda Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, 2344-cü məhəllədə «Cənub market»də, Şəmkir rayonunda Bazar daxilində Rövşən Bayraməliyevə məxsus mağazada, ümumi çəkisi 175 kiloqram olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR