Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Tovuz sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Tovuz sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 19 aprel 2011 09:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Tovuz rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, Tovuz rayonu üzrə intensiv üzüm bağlarının salınması və ya tingçilik təsərrüfatlarının, toxumluq kartof istehsal edən təsərrüfatın, müasir texnologiyaya əsaslanan kiçik və orta həcmli istixana komplekslərinin yaradılması və məhsuldar toxumlardan istifadə etməklə kartof istehsalının təşkili məqsədəuyğun hesab olunub.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər.

Əlaqə telefonu: (+994 12) 434-74-29.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR