Bank Of Baku

Asiya İnkişaf Bankı Azərbaycanın özəl sektoruna sərmayələrini artıracaq

Asiya İnkişaf Bankı Azərbaycanın özəl sektoruna sərmayələrini artıracaq
# 19 aprel 2011 11:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda özəl sektorda yeni investisiya imkanlarına baxmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olli Noroyono bildirib.

Onun sözlərinə görə, hazırda AİB Azərbaycanda əsasən 3 sektorda fəaliyyət göstərir ki, bu, energetika, su təchizatı və nəqliyyat sahələridir və AİB bu istiqamətdə fəaliyyətini davam etdirəcək: «Bununla yanaşı, biz özəl sektorda da fəaliyət göstəririk və Bank 2011-ci il ərzində ölkənin özəl sektorunda yeni imkanlara baxacaq».

N.Noroyono onu da bildirib ki, hazırda AİB-in Azərbaycan üzrə aktiv portfeli 680 mln. ABŞ dolları təşkil edir.

«Ümumiyyətlə, biz Azərbaycan iqtisadiyyatının uğurlu gələcəyini görürürük», - deyə nümayəndəliyin rəhbəri qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR