Bank Of Baku

“McDonald’s” ABŞ-da 50 min iş yeri açacaq

“McDonald’s” ABŞ-da 50 min iş yeri açacaq
# 19 aprel 2011 14:22 (UTC +04:00)
Bakı - APA-Economics. “McDonald’s” restoranlar şəbəkəsi “National Hiring Day” (“Vakansiya yarmarkası”) layihəsi çərçivəsində ABŞ-da 50 min nəfəri işə qəbul etməyə hazırlaşır.

APA-Economics”in “Chicago Tribune”yə istinadən xəbərinə görə, vakansiyalar arasında həm zal işçiləri, həm də rəhbər işçilər var.

Hazırda dünyanın 32 min məntəqəsində fəaliyyət göstərən “McDonald’s”ın 1,7 mln. nəfər işçisi var.

Bu ilin mart ayına qədər “McDonald’s” dünyada ən böyük restoranlar şəbəkəsi sayılırdı. Sonradan məlum oldu ki, bu şirkət ötən ilin yekunlarına əsasən liderliyi “Subway”ə güzəştə gedib. “Subway” dünyanın 34 min məntəqəsində fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR