Bank Of Baku

Bakıda daha bir neçə qanunsuz totalizator aşkar olunub

Bakıda daha bir neçə qanunsuz totalizator aşkar olunub
# 20 aprel 2011 07:09 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-ECONOMICS. Azərbaycan Vergilər Nazirliyinin müvafiq qurumları tərəfindən Bakı şəhərinin müxtəlif yerlərində vergi nəzarəti tədbirləri həyata keçirilərkən qanunsuz totalizator fəaliyyəti ilə məşğul olan bir sıra obyektlərdə futbol və digər idman oyunları ərəfəsində proqnoz verilərək pul qoyuluşlarının həyata keçirilməsi halları aşkarlanıb.

«APA-ECONOMICS»in məlumatına görə, paytaxtın Nərimanov rayonu, F.X.Xoyski pr-ti,87 ünvanda yerləşən, Əsgərov Azər Allahyar oğluna məxsus «NTV+», Xətai rayonu, M.Hadi küçəsi,25 ünvanda yerləşən, Hüseynzadə Aslan İlyas oğluna məxsus «Az-Bet», Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi,7 ünvanda yerləşən Əsgərov Rəşid Fərhad oğluna məxsus «Qalatasaray», Yasamal rayonu, F.Ağayev küçəsi ilə Z.Xəlilov küçəsinin kəsişməsində yerləşən Kərimov Tural Rövşən oğluna məxsus «Aspirant», Nəsimi rayonu, Cavadxan küçəsi,17 ünvanda yerləşən Əliyev Ramin Musa oğluna məxsus «Qalatasaray» və Xəlilova Mahizər Ağaxan qızına məxsus «Çay evi»ndə qanunsuz fəaliyyətlərini təsdiq edən 1 ədəd noutbook, 8 ədəd kompüter prosessoru, 3 ədəd möhür, 1101 manat nağd pul, «qara mühasibatlıq» sənədləri, müxtəlif firmalara məxsus yüzlərlə sayda vətəndaşlara verilmiş uduş pullarını təsdiq edən ödəniş qəbzləri və kuponlar aşkar olunaraq götürülüb.

Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, xüsusi razılıq tələb olunan fəaliyyət növləri ilə lisenziya almadan məşğul olan, o cümlədən qanunsuz totalizator fəaliyyəti göstərən bütün fiziki və hüquqi şəxslər barədə qanun çərçivəsində tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR