Bank Of Baku

“Nataxtari” alkoqolsuz içkilərinin tərkibində boyaq maddələri aşkar edilib

“Nataxtari” alkoqolsuz içkilərinin tərkibində boyaq maddələri aşkar edilib
# 20 aprel 2011 11:01 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları alkoqolsuz içkilərin idxalı ilə məşğul olan “EVE-S” MMC-də dövlət nəzarəti həyata keçiriblər.

Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, müəyyən olunub ki, müəssisə Gürcüstanda istehsal olunan müxtəlif həcmdə şüşə və polietilen qablara qablaşdırılan “Nataxtari”nişanlı tərxun, düşes və üzüm alkoqolsuz içkilərinin ölkəyə idxalı və satışı ilə məşğul olur.

İdxal olunan məhsullardan nümunələr götürülərək keyfiyyətinin və tərkibinin yoxlanılması məqsədi ilə Komitənin Təcrübə-Sınaq Mərkəzinin laboratoriyasına verilib. Aparılmış sınaq nəticələrinə əsasən məhsulun tərkibində markalanmasında göstərilməyən qida məhsulları üçün nəzərdə tutulmuş tartazin (E-102) və indiqokarmin (E-132) boyaq maddələri aşkar edilib.

Məlumat üçün qeyd edək ki, “E” markalı qida qatqıları üçün mövcud olan tələbə əsasən məhsul istehsalı zamanı bu maddələrdən istifadə olunduğu təqdirdə, məhsulun markalanmasında qeyd olunmaqla istehlakçının məlumat alması təmin olunmalıdır.

Aşkar edilmiş ilkin pozuntularla bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR