Bank Of Baku

Çexiyanın sabiq baş naziri CEIBC prezidenti ilə görüşüb

Çexiyanın sabiq baş naziri CEIBC prezidenti ilə görüşüb
# 20 aprel 2011 12:25 (UTC +04:00)
Bakı - APA-Economics. Çexiyanın sabiq baş naziri Mirek Topolanek Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) prezidenti və icraçı direktoru Telman Əliyevlə görüşüb.

CEIBC-dən “APA-Economics”ə verilən məlumata görə, M.Topolanek Azərbaycanın Avropa İttifaqı ölkələri ilə iqtisadi əlaqələrinin inkişafında prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib.

Onun sözlərinə görə, Xəzər regionu və Avropanın şirkətləri arasında əlverişli məkdaşlıq mühitinin yaradılması və əngəllərin aradan qaldırılması üçün hər il Xəzər-Avropa İnvestisiya Forumu keçirilməlidir.

Görüşdə CEIBC çərçivəsində Xəzər-Avropa iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub.

M.Topolanek görüşün yekunları ilə bağlı “Caspian Energy” Beynəlxalq Media Qrupuna müsahibə verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR