Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın daha bir şirkətinə kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın daha bir şirkətinə kredit ayırıb
# 20 aprel 2011 13:39 (UTC +04:00)
AYİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, kredit şirkətin istehsal etdiyi «Aqua Vita» və «Gülüstan» brendli içkilərin istehsalının artırılması üçün istifadə olunacaq: «Kredit hesabına «Taj Aqua Vita» MMC-nin əsaslı xərclərinin bir hissəsi maliyyələşdiriləcək ki, bu vəsait hesabına yeni müasir avadanlıqlar alınacaq. Yeni avadanlıq plastik butulkaların istehsalında istifadə olunacaq, eyni zamanda spirtsiz içkilərin istehsalını 2 dəfə artırılmasına imkan yaradacaq».

Qeyd edək ki, «Taj Aqua Vita» şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin əsas su mənbəyi Xudatda yerləşən bulaqlardır.

Xatırladaq ki, Azərbaycan 1991-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 1,6 mlrd. dollar olan 100-dən çox investisiya layihələrini imzalayıb. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft özəl sektorun inkişaf etdirilməsinə yetirir. Ötən il AYİB-lə Azərbaycan arasında ümumi məbləği 76,7 mln. dollar olan 13 layihə imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR