Bank Of Baku

Yararsız 114 kq qənnadı məmulatları məhv edilib

Yararsız 114 kq qənnadı məmulatları məhv edilib
# 20 aprel 2011 14:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhərində keyfiyyətsiz qənnadı məhsullarının istehsalı ilə məşğul olan istehsalat sahəsi aşkarlanıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, Azadlıq prospekti, 2 ünvanında Tahir Əhmədova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı bir sıra qənnadı məmulatlarının (kişmişli pryanik, marmelad, karamel və s.) aprelin 12-dək müvafiq reseptura olmadan istehsal edildiyi, həmçinin həmin məhsulların yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu müəyyən edilib.

Qanun pozuntuları ilə əlaqədar müvafiq reseptura olmadan istehsal edilmiş 114 kq qənnadı məmulatlarının məhv edilməsi, eləcə də müəssisə tərəfindən aprelin 12-dək istehsal edilərək ticarət şəbəkəsinə paylanmış qənnadı məmulatlarının geri yığılması barədə Dövlət Xidməti tərəfindən sahibkar T.Əhmədova icrası məcburi göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR