Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu bu il 435 sahibkara 37,2 mln. manat məbləğində güzəştli kredit verib

Sahibkarlığa Kömək Milli Fondu bu il 435 sahibkara 37,2 mln. manat məbləğində güzəştli kredit verib
# 22 aprel 2011 12:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il ərzində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən ölkədə fəaliyyət göstərən 435 sahibkara 37,2 mln. manat məbləğində güzəştli kreditlərin verilməsi təmin edilib. «APA-Economics»in məlumatına görə, bunu SKMF-nın icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, bu kreditlər hesabına 2 minə yaxın yeni iş yerlərinin açılması nəzərdə tutulub: «Bu layihələr sırasında xüsusilə regionlarda həyata keçirilən böyük həcmli layihələr mövcuddur ki, bura əsasən tərəvəz məhsullarının saxlanılması üçün soyuduculuq anbar komplekslərinin yaradılması daxildir. Belə layihələr Beyləqan, Tərtər, Bərdə, Ağcabədi, Füzuli rayonlarında həyata keçirilir».

Ş.Abdullayevin sözlərinə görə, regionlarda soyuducu komplekslərinin yaradılması tərəvəzə olan qiymətlərin tənzimlənməsində xüsusi rol oynayacaq.

Qeyd edək ki, 2011-ci il ərzində SKMF tərəfindən sahibkarlara 125 mln. manat güzəştli kreditlərin verilməsinin təmin edilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR