Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fonduna üzv olan müvəkkil kredit təşkilatlarının sayı 39-a çatıb

Sahibkarlığa Kömək Milli Fonduna üzv olan müvəkkil kredit təşkilatlarının sayı 39-a çatıb
# 22 aprel 2011 12:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) üzv olan müvəkkil kredit təşkilatlarının sayı artıb. Bu barədə «APA-Economics»ə Fondun icraçı direktoru Şirzad Abdullayev məlumat verib.

Onun sözlərinə görə, Fondun Müşahidə Şurasının iclasında SKMF-ın müvəkkil kredit təşkilatlarının siyahısını daha 3 kredit ittifaqı daxil olub: «Fondun müvəkkil kredit təşkilatları sırasına «Kömək», «Tərəkəmə» və «Aşıqlı» kredit ittifaqları üzv olub. Bu təşkilatları Bakı qəsəbələrində və bankların verə bilməyəcəyi yerlərdə kreditlər ayıracaq. Bununla da Fondun müvəkkil kredit təşkilatlarının sayı 39-a çatıb ki, bunlardan 31-i bank, 7-i kredit ittifaqı, 1-i isə bank olmayan kredit təşkilatıdır».

Ş.Abdullayev onu da bildirib ki, hazırda SKMF-ın müvəkkil kredit təşkilatları sırasına üzv olmasına dair heç bir müraciət daxil olmayıb.

Qeyd edək ki, Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilmiş meyarlara uyğun olaraq Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziya verilmiş bütün banklar və bank olmayan kredit təşkilatları müvəkkil kredit təşkilatları qismində kreditlərin verilməsində iştirak edə bilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR