Bank Of Baku

Bakıda Gürcüstanın investisiya imkanlarına dair təqdimat keçiriləcək

Bakıda Gürcüstanın investisiya imkanlarına dair təqdimat keçiriləcək
# 25 aprel 2011 09:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Vera Kobaliya Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb. Bu barədə «APA-Economics»ə Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

Görüş çərçivəsində V.Kobaliya və Ş.Mustafayev iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər: «Bundan başqa, V.Kobaliya Bakı Biznes Mərkəzində Azərbaycanın qazandığı iqtisadi uğurlara həsr olunmuş sərgini ziyarət edib».

Bir gün davam edəcək səfər çərçivəsində Gürcüstan nazirinin həmçinin Nəqliyyat və Mədəniyyət və Turizm nazirliklərində də görüşlər keçirəcəyi gözlənilir.

«Mayın 26-da isə Gürcüstan tərəfi Azərbaycan sahibkarları üçün Gürcüstanın investisiya imkanlarına həsr olunmuş təqdimat keçirəcək», - deyə Nazirlikdən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR