Bank Of Baku

Bakıda Beynəlxalq Əqli Mülkiyyət gününə həsr olunmuş konfrans keçiriləcək

Bakıda Beynəlxalq Əqli Mülkiyyət gününə həsr olunmuş konfrans keçiriləcək
# 25 aprel 2011 14:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Müəllif Hüquqları Agentliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakıda «İT-İP: yeni biliklərin ötürülməsi və qorunması» mövzusunda beynəlxalq konfrans təşkil edəcək.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət gününə həsr olunan tədbirdə əqli mülkiyyətin qorunması, mənimsənilməsi və əqli mülkiyyətin qorunma üsulları haqqında maarifləndirmə səviyyəsinin artırılması və bu kimi digər məsələlərin müzakirə olunacağı gözlənilir.

Beynəlxalq Əqli Mülkiyyət gününün builki mövzusu «Gələcəyi planlaşdırarkən» adlanır. Sənaye nümunələri, dizayn, onların cəmiyyətdə və gələcəyin innovasiyalarında rolu kimi istiqamətlərə xüsusi diqqət yetirilir. Bu məsələ Bakı konfransında da müzakirə olunacaq.

Sözügedən tədbirdə millət vəkilləri, dövlət strukturlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir. Tədbir internet vasitəsilə yayımlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR