Bank Of Baku

Bakıda Gürcüstanın investisiya imkanlarına dair təqdimat keçirilib

Bakıda Gürcüstanın investisiya imkanlarına dair təqdimat keçirilib
# 26 aprel 2011 10:21 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan və Gürcüstan arasında mövcud iqtisadi-ticarət əlaqələrindən danışıb və qeyd edib ki, iki ölkə arasında müxtəlif sahələr üzrə sazişlər imzalanıb. N.Səfərov həmçinin Azərbaycanda əlverişli biznes və investisiya mühitinin yaradıldığını, özəl sektorun sürətlə inkişaf etdiyini vurğulayıb.

Öz növbəsində təqdimatla çıxış edən Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin birinci müavini Arçil Kekeliya bildirib ki, Azərbaycan Gürcüstanın həm siyasi, həm də iqtisadi tərəfdaşıdır: «Ümid edirəm ki, ölkələr arasında mövcud əlaqələr bir qədər də dərinləşəcək».

Gürücüstanın iqtisadi inkişafından və son illər aparılan islahatlardan danışan nazir müavini onu da qeyd edib ki, 2010-cu ildə ölkədə iqtisadiyyatın artım tempi 6,4% təşkil edib: «Gələn il Gürcüstanda ÜDM-in 10%-dən çox artacağı proqnozlaşdırılır. Əgər 2005-ci ildə biz Dünya Bankının «Doeing Business» hesabatında islahatlara görə 112-ci yerdə idik isə, hazırda Gürcüstan bu hesabatda 12-ci yerdə qərarlaşıb».

Gürcüstanda hazırda şəhərlərin inkişafına böyük diqqət yetirildiyini bildirən A.Kekeliya həmçinin qeyd edib ki, 2012-ci ildən etibarən ölkə parlamenti Kutaisi şəhərində fəaliyyət göstərəcək: «Hazırda Gürcüstanda 3 beynəlxalq hava limanı fəaliyyət göstərir. Lakin yaxın gələcəkdə aeroportların sayını 5-ə çatdırmaq niyyətindəyik».

Qeyd edək ki, tədbirdə Gürcüstan tərəfindən rəsmi şəxslər, Azərbaycan tərəfindən isə rəsmi şəxslərlə yanaşı kənd təsərrüfatı, qida sənayesi, tikinti, turizm, bankçılıq və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın iş adamı iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR