Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Sabunçu sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Sabunçu sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 26 aprel 2011 11:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Sabunçu rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, Sabunçu rayonunun qəsəbələri üzrə zəfəran təsərrüfatlarının, zəfəran emalı və qablaşdırılması müəssisəsinin, müasir çörək istehsalı müəssisələrinin, müasir kiçik və orta həcmli istixana komplekslərinin, müasir quşçuluq təsərrüfatlarının və kiçik həcmli müasir ət kəsimi müəssisələrinin yaradılması məqsədəuyğun hesab olunub.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər.

Əlaqə telefonu: (+994 12) 434-74-29.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR