Bank Of Baku

Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanda kiçik və orta sahibkarlar üçün seminarlar keçirir

Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanda kiçik və orta sahibkarlar üçün seminarlar keçirir
# 26 aprel 2011 12:38 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Azərbaycanda korporativ sektorda böhranın nəticələrinin aradan qaldırılması layihəsi üzrə kiçik və orta biznes nümayəndələri üçün seminarlara başlayıb.

BMK-dan «APA-Economics»ə verilən məlumata görə, korporativ sektorda böhranın nəticələrinin aradan qaldırılması layihəsi İsveçrə Konfederasiyasının dəstəyi ilə BMK tərəfindən həyata keçirilir.

Layihənin məqsədi kiçik və orta müəssisələrə iqtisadi böhrandan çıxmaq üçün lazımi şəraitin yaradılmasıdır. Bunun üçün layihə çərçivəsində sahibkarların bəzi sahələr üzrə bilik və təcrübələri artırılacaq. Bunlar anti-böhran idarəçiliyi, xərclərin azaldılması və pul axınlarının idarə olunması, müflisləşmə və restrukturizasiyadır.

Azərbaycanda keçiriləcək ilk seminar yeni iqtisadi şərait üçün uğurlu strategiya və biznes modellərə həsr olunub. Məqsəd bu sahələr üzrə biznesə bir neçə praktik alətlər təqdim etməkdir. BMK bildirir ki, bu alətlər müxtəlif şirkətlərdə sınanıb və nəticələrini verib. Seminara müəssisələrin sahibləri və rəhbərləri dəvət olunublar. İlk seminar Azərbaycan Sahibkarlar Konfederasiyası ilə birlikdə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR