Bank Of Baku

Almaniya-Azərbaycan biznes-forumu keçiriləcək

Almaniya-Azərbaycan biznes-forumu keçiriləcək
# 27 aprel 2011 14:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Mayın 5-6-da Berlində (Almaniya) Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Almaniya-Azərbaycan biznes-forumu keçiriləcək.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycan və Almaniya tərəfindən sənaye, kənd təsərrüfatı, tikinti, səhiyyə, logistika və s. sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirakı nəzərdə tutulur.

Biznes forumda iştirak etmək istəyən sahibkarlar Azpromo-ya müraciət edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR