Bank Of Baku

Bakıda vergilərə aid konfrans keçirilib

Bakıda vergilərə aid konfrans keçirilib
# 28 aprel 2011 09:38 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Bakıda Azərbaycanda Amerika Ticarət Palatasının təşkilatçılığı ilə «Azərbaycanda vergilər: doğru istiqaməti tapmaq naminə» mövzusunda konfrans keçirilib. Palatanın icraçı direktoru Nərgiz Nəsrullayeva-Muduroğlunun sözlərinə görə, konfransın keçirilməsində məqsəd Azərbaycanda qeyri-neft sektorunun inkişafı və digər ölkələrlə müqayisədə rəqabətə davamlılığın artırılmasıdır.

«APA-Economics»in məlumatına görə, tədbirdə Amerika Ticarət Palatasının üzvü olan 220-dən çox şirkət, Azərbaycanda təmsil olunan səfirliklər, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri iştirak edib. Konfransda Azərbaycanın vergi sisteminin müasir vəziyyəti və inkişafının gələcək prioritetləri, vergi sistemi ilə bağlı xarici təşkilatların tövsiyələri, vergi islahatlarının iqtisadiyyata təsiri ilə bağlı xarici təcrübə, eləcə də qeyri-neft sektorunun inkişafı və Azərbaycanın rəqabət qabiliyyətliliyi müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR